İNTERFEYS DİZAYNLARININ YENİLƏNMƏSİ

İNTERFEYS DİZAYNLARININ YENİLƏNMƏSİ
1/24/2020

Möcvud hər hansı bir proqram təminatının istifadəçi ekranlarında rahatlığı təmin etmək məqsədi ilə interfeyslərin yenilənməsi.

Müəssisələrin və ya qurumların istifadə etdikləri proqram təminatları funksionallıq baxımından qane etsə də, istifadəçilər proqram təminatının dizaynı və ekranların qurluşundan narazı qalır. Xüsusən də proqram təminatı uzun müddət istifadə edilərkən bu zərurət daha qabarıq formada özünü göstərir. Bu istiqamətdə "Eltech" şirkətinin təklif etdiyi xidmət aşağıdakı ardıcıllıqla həyata keçirilir:

1. Mövcud interfeyslərin və funksionallıqların öyrənilməsi.

2. İstifadəçilərin istəklərini təyin etmək və sistemləşdirmək;

3. Yeni intefeysin hazırlanma texnologiyalarını, standartları müəyyən etmək;

4. Yeni interfeysin cizgilərini hazırlamaq və sifarişçi tərəf ilə razılaşdırmaq;

5. Razılaşdırılmış interfeys dizaynı əsasında bütün funksionallıqları əlaqələndirmək;

6. Yeni interfeysdən istifadə üzrə sınaqları keçirmək

7. Yeni intefeyslər üzrə sifarişçi kollektivə təqdimat hazırlamaq və istifadəyə vermək.