DİNAMİK VEB LAYİHƏLƏRİN HAZIRLANMASI

DİNAMİK VEB LAYİHƏLƏRİN HAZIRLANMASI
1/24/2020

İstənilən mürəkkəblikdə proqram təminatının veb platformasının və yaxud korporativ veb səhifələrin hazırlanması.

Müasir iş dünyasını veb platformasız təsəvvür etmək mümkünsüzdür. İstənilən biznes fəaliyyəti virtual məkanda tanıtıma zərurət yaratmışdır. Bu istiqamətdə texnologiya durmadan inkişaf edir. "ELTECH" şirkəti aşağıdakı texnoloji standartlara cavab verən veb layihələrin hazırlanmasını təklif edir:

1. Korporativ üsluba uyğun, fərdi yanaşma ilə istəklərə uyğunlaşan dizayn tərtibatı;

2. Məzmunun İdarəedilməsi Sistemi (CMS) admin paneli vasitəsi ilə veb platformadakı istənilən məzmunu (mətn, şəkil, video, keçid, diaqramlar, yükləmə faylları) idarə edilməsi;

3. Sorğular, müraciətlər və s. istiqamətli məlumatların doldurulması üçün anket formaları;

4. Təhlükəsizlik standartlarına cavab verən ən yüksək mühavizənin təmin edilməsi;

5. Axtarış Mühərriklərində Optimallaşdırma (SEO) həllərinin nəzərə alınması;

6. İnteqrasiya zərurəti olan məlumatların Veb layihə ilə ERP sistemi arasında ikitərəfli əlaqələndirməsinin təmin edilməsi;

7. Ziyarətçi ilə sürətli əks əlaqə imkanlarının təmin edilməsi;

8. Çoxpilləli giriş və təsdiqləmə (2 Step Authentication) imkanlarının nəzərəa alınması;

9. Mütəmadi ehtiyat nüsxələmənin avtomatlaşması;

10. Dinamik genişlənmə və paralel veb platformalarla məlumat mübadiləsinin təmin edilməsi;