MÖVCUD PROQRAMLARA TEXNİKİ DƏSTƏK

MÖVCUD PROQRAMLARA TEXNİKİ DƏSTƏK
1/21/2020

Müəssisədə tətbiq edilmiş mürəkkəb proqram təminatlarına 24x7 rejimində texniki dəstəyin verilməsi.

"ELTECH" şirkəti müəssisənizdə istifadə edilən istənilən mürəkkəblikdə proqram təminatının fasiləsiz və nöqsansız işləməsini təmin etmək məqsədi ilə texniki dəstək xidmətini təklif edir. Bu xidmət aşağıdakı meyarlar və ardıcıllıqla aparılır:

1. Proqram təminatının mənbə kodlarına və baza arxitekturasına çıxış imkanını əldə etmək;

2. Proqram təminatının işləmə prinsiplərini təhlil etmək;

3. Proqram təminatının biznes prosesləri əhatə dərəcəsini təhil etmək;

4. Texniki dəstək üçün zəruri hüquqi prosedurları, tərəflərin öhdəliklərini və s. razılaşmaları əldə etmək;

5. Texniki dəstək zamanı ortaya çıxacaq nöqsanlarla bağlı sorğuları qəbul etmək;

6. Nöqsanları aradan qaldırmaq, illkin sınaqları keçirmək və istifadəyə vermək;

7. Texniki dəstək müddətində arxa planda optimallaşma işlərini aparmaq;