ERP HƏLLƏRİN (1C, Micro, və fərdi sifarişlə) TƏTBİQİ

ERP HƏLLƏRİN (1C, MİCRO və fərdi sifarişlə) TƏTBİQİ
1/21/2020

Biznes proseslərin tam avtomatlaşmasını təmin edən ERP həllərin müəssisəyə uyğunlaşdırıması və tətbiqi.

Müasir iş dünyasında böyük və orta biznesi ERP (Enterprise Resource Planning) Platforması olmadan idarə etmək səmərəsiz və risklidir. ERP müəssisə resurslarını (İnsan resursları, Maliyyə, Mal və materiallar, Əsas vəsaitlər və s.) planlamaq, onların icrasına nəzarət etmək həmçinin hesabatlıq baxımından idarəetmədə xəta və nöqsan ehtimallarını minimallaşdırmaqda faydalıdır. ERP həllər üzrə ELTECH şirkəti aşağıdakı xidmətləri təklif edir:

 1. 1C:ERP Proqram təminatının tətbiqi:

    • 1C:ERP konfiqurasiyasının müəssisədəki biznes proseslərə uyğunlaşdırılması;
    • Mərhələli şəkildə modulların istifadəyə verilməsi;
    • Modullar arasında inteqrasiyanın təmin edilməsi;
    • Standart hesabatlara istəklərə uyğun əlavələr edilməklə yenilənmədi; 
    • Təlimlərin keçirilməsi;
    • Texniki dəstəyin göstərilməsi;

 2. Fərdi istəklər əsasında ERP həllin hazırlanması:

    • Fərdi istəkləri nəzərə almaqla biznes proseslərin təsviri;
    • Texniki tapşırığın hazırlanması;
    • Proqram intefeyslərinin hazırlanması;
    • Məlumat bazası arxitekturasının hazırlanması;